...

"Neftçi" çempionluğa iddialıdır, "Bakı" Tovuz təmsilçisini darmadağın etdi (ƏLAVƏ OLUNUB)

İdman Materials 13 Fevral 2013 17:54 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasının 4-cü və 16-cı turlarından təxirə salınmış iki oyun keçirilir.
"Neftçi" çempionluğa iddialıdır, "Bakı" Tovuz təmsilçisini darmadağın etdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının 4-cü və 16-cı turlarından təxirə salınmış iki oyun keçirilir.

Trend-in məlumatına görə, Tovuzun "Turan" klubu "Bakı"nı qəbul edib. 43-cü dəqiqədə Marius Penanın qolu ilə paytaxt təmsilçiləri fasiləyə üstün yollanıblar.

Fasilədən sonra isə "Bakı" futbolçuları daha üç qol vurublar: Elvin Məmmədov, 62 (0:2), Aleksandr Şoliç, 68 (0:3), Nurlan Novruzov, 85 (0:4).

AZAL - "Neftçi" oyununda isə son Azərbaycan çempionu Nikolas Kanalesin qolları ilə fasiləyə 2 top fərqi ilə üstün yollanıb.

73-cü dəqiqədə J.Nildo hesab arasındakı fərqi azaldıb (1:2).

AZAL futbolçularının bundan artığına gücü çatmayıb.

Beləliklə, "Neftçi" turnir cədvəlində 2-ci pilləyə yüksələrək çempionatın lideri "İnter" klubu xal fərqini azaldıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti