...

Şahmat Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına daxil edilə bilər

İdman Materials 6 May 2013 18:05 (UTC +04:00)
Şahmatın Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına daxil edilməsi məsələsi gündəlikdədir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov mətbuat konfransında deyib.
Şahmat Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına daxil edilə bilər

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir A.Axundov/

Şahmatın 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına daxil edilməsi məsələsi gündəlikdədir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov mətbuat konfransında deyib.

Mətbuat konfransı Bakıda keçirilmiş FIDE-nin Prezident Şurasının ikinci iclasının yekunlarına həsr edilib.

Onun sözlərinə görə, bu məsələ bazar ertəsi gənclər və idman naziri Azad Rəhimov ilə görüşdə müzakirə ediləcək.

"Məsələ hələ də gündəlikdədir. Ümid edirik ki, şahmat Avropa Oyunlarının proqramına daxil ediləcək. Bir çox tanınmış şahmatçı məmnuniyyətlə Oyunlara gələ və iştirak edərdi. Mən bu niyyətimi bir neçə ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə də ifadə etmişəm", - İlyumjinov qeyd edib.

Onun sözlərinə görə, iclasın Bakıda keçirilməsi qərarı təsadüfən qəbul edilməyib, çünki Azərbaycan Şahmat Federasiyası şahmatın inkişafı ilə əlaqədar böyük iş həyata keçirir. Bundan başqa, bu qərar Bakıda 2015-ci il Dünya kuboku və 2016-cı il Şahmat Olimpiadasının keçirilməsi ilə bağlıdır.

Onun sözlərinə görə, iclasda bir sıra məsələlər müzakirə edilib, onlardan biri Hindistanın Çennay şəhərinin dünya çempionu titulu uğrunda hazırkı dünya çempionu Vişvanatan Anand ilə iddiaçıların turnirinin qalibi Maqnus Karlsen arasında görüşün keçirilməsi məkanı kimi təsdiq edilməsinə aid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti