...

“Aura” sağlamlıq mərkəzində stolüstü tennis yarışı keçirildi (FOTO)

İdman Materials 24 İyun 2013 14:50 (UTC +04:00)
23 iyun 2013 tarixində “ Excelsior Hotel Baku”-nun “Aura” sağlamlıq mərkəzində jurnalistlər üçün tennis yarışı keçirilib. KİV nümayəndələri üçün təşkil olunmuş yarış “Aura” sağlamlıq mərkəzinin bu idman növü üzrə məşqçisi Tahir Namazovun rəhbərliyi və hakimliyi ilə keçirilmişdir.
“Aura” sağlamlıq mərkəzində stolüstü tennis yarışı keçirildi (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend /

23 iyun 2013 tarixində " Excelsior Hotel Baku"nun "Aura" sağlamlıq mərkəzində jurnalistlər üçün tennis yarışı keçirilib. KİV nümayəndələri üçün təşkil olunmuş yarış "Aura" sağlamlıq mərkəzinin bu idman növü üzrə məşqçisi Tahir Namazovun rəhbərliyi və hakimliyi ilə keçirilmişdir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, maraqlı idman tədbirində təxminən 15 jurnalist iştirak edib. Yarışda qalib gələn jurnalistlərə sertfikat təqdim olunub. "Aura" sağlamlıq mərkəzinin stolüstü tennis üzrə məşqçisi stolüstü tennisin ən yaxşı idman növlərindən biri olduğunu bildirib. Stolüstü tennis oyunu orqanizmin müxtəlif sistemlərinə müsbət təsirini göstərir. Oyun zamanı oyunçunun hərəkətlərinin koordinasiyası, ürək-damar sisteminə yüngül təsir baş verir, tənəffüs orqanları, çeviklik və cavab reaksiyasının surəti, görmə qabiliyyəti, analitik bacarıqları, diqqəti cəmləşdirmək kimi cəhətləri inkişaf edir. Stolüstü tennis insanın müxtəlif orqanizm sistemlərinə müsbət təsir gəstərməklə, həm də müsbət emosiyalar verir. Buna görə də, stolüstü tennis - hamı üçün oyundur!

Əlavə edək ki, stolüstü tennis sevənlər boş vaxtlarında "Excelsior Hotel Baku"-nun "Aura" sağlamlıq mərkəzinə gedə bilərlər. Ətraflı məlumat üçün "Excelsior Hotel Baku"nun 496-78-02 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

"Excelsior Hotel Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir.Mehmanxana 1 "İmperial "- lyuks, "Royal"- lyuks, 4 "Crown"-lyuks , 45 "Heritage" - standart, 9 "Duke" - kiçik otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s.-dən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti