...

4-cü İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı təqdimat olacaq

İdman Materials 12 İyul 2013 16:29 (UTC +04:00)
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçıriləcək İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci Baş Assambleyasında təmsil olunacaq.
4-cü İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı təqdimat olacaq

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçıriləcək İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci Baş Assambleyasında təmsil olunacaq.

MOK-dan Trend-ə verilən məlumata görə, iyulun 21-25-də keçiriləcək iclasda Komitənin vitse-prezidenti, İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, beynəlxalq əlaqələr idarəsinin rəisi və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, MOK-un beynəlxalq proqramlar üzrə mütəxəsisi və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov iştirak edəcəklər.

Tədbir zamanı İHİF-in 2013-2017-ci il müddəti üçün yeni tərkibini seçilməsi, struktur dəyişiklikləri, həmçinin Bakı 2017 Təşkilat Komitəsi tərəfindən 4-cü İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı təqdimatın edilməsi planlaşdırılır.

Qeyd edək ki, Assambleya ərzində İHİF-ə üzv olan MOK-lar 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək şəhərə səs verəcək və səsvermənin nəticəsi olaraq ev sahibliyi edəcək şəhərin adı təsdiqlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti