...

İslam Həmrəyliyi Oyunlarının qalibi: Bu, bütün Azərbaycanın qələbəsidir

İdman Materials 24 Sentyabr 2013 14:03 (UTC +04:00)
Bu tək mənim qələbəm deyil, bütün Azərbaycanın qələbəsidir.
İslam Həmrəyliyi Oyunlarının qalibi: Bu, bütün Azərbaycanın qələbəsidir

Azərbaycan, Bakı, 24 sentyabr / Trend, müxbir M.Əliyev/

Bu tək mənim qələbəm deyil, bütün Azərbaycanın qələbəsidir.

Trend-in məlumatına görə, bu barədə İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında bu gün qızıl medal qazanmış karateçi Rəfayel Ağayev mükafatlandırma mərasimindən sonra bildirib.

O qeyd edib ki, səkkiz il bundan öncə, Birinci İslam Oyunlarının ən gənc iştirakçısı olub və 3-cü yeri tutub: "İndi isə oyunların ən yaşlı karateçisi oldum və Allaha şükürlər olsun ki, Vətənə qızıl medalla qayıdacağam. Nə qədər ki, gücüm var, çalışacağam Azərbaycanımın bayrağını daim bax belə yüksələrə qaldırım. Hazırda ən böyük arzum 2015-ci ildə Bakıda keçiriləcək Birinc Avropa Oyunlarınn qaibi olmaqdır. Öz vətənimdə xalqımı sevindirmək istəyirəm. Bizim çox güclü komandamız var və təkcə islam dövlətləri deyil, bütün dünyada istənilən ölkəyə qalib gələ biləcək heyətimiz var".

Rafayel Ağayev İslam Həmrəyliyi Oyunlarında ilk döyüşdə Əlcəzair idmançısına 7:2 hesabı ilə qalib gəlib. İkinci döyüşdə türkiyəli rəqibinə 7:0, üçüncü qarşılaşmada isə Misir karateçisinə - 6:3 hesabı ilə qalib gəlib. Finalda İran idmançısı məğlubiyyətlə razılaşdı - 5:2.

Qeyd edək ki, dünən İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Oyunlarının ilk günündə Azərbaycan karateçiləri Ayxan Mamayev qızıl, digər karateçi Şahin Atamov gümüş olmaqla iki medal qazanmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti