...

Azərbaycanı İslam Oyunlarında 8 taekvandoçu təmsil edəcək

İdman Materials 27 Sentyabr 2013 04:16 (UTC +04:00)
Trend Azərbaycan Taekvando Federasiyasına (ATF) istinadən məlumat verir ki, Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 8 taekvandoçu təmsil edəcək.
Azərbaycanı İslam Oyunlarında 8 taekvandoçu təmsil edəcək

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Taekvando üzrə milli komanda İndoneziyaya yola düşür.

Trend Azərbaycan Taekvando Federasiyasına (ATF) istinadən məlumat verir ki, Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 8 taekvandoçu təmsil edəcək.

23 ölkədən 268 taekvandoçunun qatılacağı yarışa 28 sentyabrda start veriləcək. Milli komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev və böyük məşqçi Elnur Amanov aşağıdakı idmançıları heyətə cəlb edib:

1. Mikayıl Əliyev (-54 kq)
2. Maqomedyassin İbrahimov (-58 kq)
3. Fariz Əliyev (-68 kq)
4. Elvin Məmmədov (-74 kq)
5. Radik İsayev (-87kq)
6. Türkanə Tahirli (-46 kq)
7. Patimat Abakarova (-49 kq)
8. Günay Ağakişiyeva (-57kq)

Bu yarışda ölkəmizi hakim qismində ATF-in baş hakimi, beynəlxalq dərəcəli hakim Elşən Quliyev və Elşad Məmmədov təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti