...

Buzadırmanma üzrə respublika çempionatı başa çatıb (FOTO)

İdman Materials 10 Fevral 2014 12:54 (UTC +04:00)
FAİREX-dən Trend-ə verilən məlumata görə, çempionatda ümumilikdə 100-dən artıq idmançı iştirak edib.
Buzadırmanma üzrə respublika çempionatı başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirdiyi buzadırmanma üzrə respublika çempionatı başa çatıb.

FAİREX-dən Trend-ə verilən məlumata görə, çempionatda ümumilikdə 100-dən artıq idmançı iştirak edib.

Bu idman növünə gənclərin böyük marağını nəzərə alaraq çempionat iki hissədə keçirilib. Belə ki, çempionatın I hissəsi 1-2 fevral tarixlərində baş tutub. Bu hissədə oğlanlar və qızlar arasında təşkil olunmuş sürət və çətinlik mərhələləri üzrə təsnifat-seçim yarışlarını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıb.

8-9 fevralda isə çempionatın II hissəsi- təsniftat-seçim, yarımfinal-final mərhələləri keçirilib.

Şaxtalı hava şəraitinə baxmayaraq yüksək səviyyədə təşkil olunan çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər.

Kişilər arasında çətinlik üzrə final mərhələsinin nəticələri:
1. Rəhimxanov Ramel (FAİREX "Salavat")
2. Rəhimxanov Ramay (FAİREX "Salavat")
3. İbadov Babək (FAİREX "Ekosport")

Qadınlar arasında çətinlik üzrə final mərhələsinin nəticələri:
1. Əliyeva Leyla (FHN "Ekstremal")
2. Pirəliyeva Gülnar (FAİREX "Zirvə")
3. Hüseynova Könül (FAİREX "Kiyanit")

Kişilər arasında sürət üzrə final mərhələsinin nəticələri:
1. Şıxrəhimov Qalib (FAİREX "Zirvə")
2. Rəhimxanov Ramel (FAİREX "Salavat")
3. Rəhimxanov Ramay (FAİREX "Salavat")

Qadınlar arasında sürət üzrə final mərhələsinin nəticələri:
1. Əliyeva Leyla (FHN "Ekstremal")
2. Pirəliyeva Gülnar ("Zirvə")
3. Məmmədova Reyhan ("Ekosport")

Komandalararası yarışda ümumi nəticələrə görə Fövqəladə Hallar Nazirliyinin "Ekstremal" idman komandası I, FAİREX-in "Salavat" komandası II, FAİREX-in "Zirvə" komandası isə III yerə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti