...

Şarapova dünyanın ən varlı qadın idmançısıdır

İdman Materials 12 İyun 2014 16:37 (UTC +04:00)
Rusiyalı tennis ustası Mariya Şarapova 12 ayın yekunları üzrə ən yüksək məvacib alan qadın idmançıların reytinqinə başçılıq edir.
Şarapova dünyanın ən varlı qadın idmançısıdır

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Rusiyalı tennis ustası Mariya Şarapova 12 ayın yekunları üzrə ən yüksək məvacib alan qadın idmançıların reytinqinə başçılıq edir. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" agentliyi Forbes-ə istinadən xəbər yayıb.

O, bir il ərzində 24,4 milyon dollar qazanıb.

Ən varlı qadın idmançıların siyahısında ikinci yeri çinli tennis ustası Li Na tutur. Onun gəliri 23,6 milyon dollardır.

Üçüncü yerin sahibi isə 22 milyon dollarla tennis üzrə mütəxəssis olan amerikalı Serena Uilyamsdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti