...

Azərbaycan Milli Olimpiya Komitəsinin Antidopinq komissiyası yaradılıb

İdman Materials 8 Oktyabr 2014 15:44 (UTC +04:00)
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Antidopinq komissiyasının yaradılması barədə qərar qəbul edilib.
Azərbaycan Milli Olimpiya Komitəsinin Antidopinq komissiyası yaradılıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Antidopinq komissiyasının yaradılması barədə qərar qəbul edilib. Trend-in məlumatına görə, bu barədə qərar MOK İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə bildirib ki, hazırda antidopinq məsələsi çox aktualdır: "Biz qərara gəldik ki, bu məsələ ilə bağlı xüsusi komissiya yaradaq. Xüsusi işçi qrupu yaradıldı və ona bu komissiyanın nizamnaməsini və digər sənədlərini hazırlamaq tapşırıldı".

İclasda, eyni zamanda, Bakı 2015 Avropa Oyunlarına və Avropa Olimpiya Komitəsinin 2014-cü ildə Bakıda keçiriləcək Baş Assambleyasına hazırlığın gedişi məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti