...

FIFA İnterpolla birgə danışılmış oyunlarla mübarizəyə başlayır

İdman Materials 30 Oktyabr 2014 14:10 (UTC +04:00)
FIFA Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (BPFF) və İnterpolla birlikdə danışılmış oyunlarla mübarizə üzrə kampaniyaya start verib.
FIFA İnterpolla birgə danışılmış oyunlarla mübarizəyə başlayır

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

FIFA Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (BPFF) və İnterpolla birlikdə danışılmış oyunlarla mübarizə üzrə kampaniyaya start verib. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə qərar BPFF-nin Tokioda keçirilən konqresində qəbul olunub.

Kampaniyaya başlamaq üçün İnterpolun mütəxəssisləri tanınmış futbolçuların müraciətlərinin olduğu DVD-disk hazırlayıblar. Həmin futbolçular vaxtilə oyunu bilərəkdən uduzmağa görə təkliflər alıblar. Onlar arasında "Liverpul"un müdafiəçisi Kolo Ture və "Mançester Siti"nin yarımmüdafiəçisi Frenk Lempard da var.

Kampaniyanın məqsədi danışılmış oyunların törədəcəyi təhlükələr barədə futbolçuları daha çox məlumatlandırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti