...

Prezident: Rusiya Bakıdakı Avropa oyunlarına güclü yığma komandasını çıxaracaq

İdman Materials 23 Noyabr 2014 15:27 (UTC +04:00)
Rusiya 2015-ci ildə Bakıdakı ilk Avropa oyunlarının tarixində güclü komanda ilə təmsil olunacaq.
Prezident: Rusiya Bakıdakı Avropa oyunlarına güclü yığma komandasını çıxaracaq

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Rusiya 2015-ci ildə Bakıdakı ilk Avropa oyunlarının tarixində güclü komanda ilə təmsil olunacaq. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Rusiya Olimpiya komitəsinin (ROK) prezidenti Aleksandr Jukov bildirib.

Bakıda Avropa ölkələrinin milli olimpiya komitələri (MOK) nümayəndələrinin və beynəlxalq idman qurumları rəhbərlərinin iştirakı ilə Avropa olimpiya komitəsinin (AOK) 43-cü Baş assambleyası başa çatıb. Oyunlar Bakıda iyunun 12-28-də keçiriləcək.

"Rusiyanın güclü və nüfuzlu komandası olacaq. Qonaqpərvər Azərbaycan paytaxtında idman obyektləri ziyarət etdikdən və təşkilatçılarla bir sıra işgüzar görüşlər keçirdikdən sonra mən əminəm ki, Bakı-2015 bizim 2016-cı ildə Rio-de-Janeyrodakı Olimpiya oyunlarında iştirakımızda mühüm rol oynayacaq. Təşkilat komitəsinə və Bakı şəhərinə ilk Avropa oyunlarının uğurla keçirilməsinə ürəkdən arzu etmək istəyirəm", - Jukov deyib.

O, həmçinin əmin olduğunu bildirib ki, "Avropa oyunlarının ən mühüm və statuslu yarışların biri kimi böyük gələcəyi var".

"Şübhə etmirəm ki, 2015-ci ildə Bakıda keçiriləcək oyunlar həm təşkili baxımından, həm də idman proqramının keyfiyyətinə görə gözəl tədbir olacaq. Bu, bizim üçün, şübhəsiz gələn il keçiriləcək ən böyük hadisələrindən biri", - Jukov əlavə edib.

Xəbər lenti

Xəbər lenti