...

SSRİ-nin əfsanəyə çevrilmiş hokkey məşqçisi dünyasını dəyişib

İdman Materials 24 Noyabr 2014 10:33 (UTC +04:00)
Üçqat Olimpiya çempionu, hokkey üzrə Rusiyanın MOİK və SSSRİ yığma komandasının əfsanəvi baş məşqçisi Viktor Tixonov uzunmüddətli xətəlikdən sonra ömrünün 85-ci ilində vəfat edib.
SSRİ-nin əfsanəyə çevrilmiş hokkey məşqçisi dünyasını dəyişib

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İlkin İzzət/

Üçqat Olimpiya çempionu, hokkey üzrə Rusiyanın MOİK və SSRİ yığma komandasının əfsanəvi baş məşqçisi Viktor Tixonov uzunmüddətli xəstəlikdən sonra ömrünün 85-ci ilində vəfat edib.

Trend-in "Ria-Novosti"yə istinadən verdiyi xəbərə görə, V.Tixonov bu il oktyabrın ortalarından etibarən evdə müalicə kursu almağa başlayıb, lakin vəziyyəti ağırlaşdığından xəstəxanaya yerləşdirilib və Moskva xəstəxanalarının birində dünyasını dəyişib.

MOİK-in baş direktoru İqor Yesmantoviç bildirib ki, Viktor Tixonovun dəfninin təşkili ilə bağlı bütün xərcləri klub öz üzərinə götürücək. Hələlik dahi məşqçinin dəfn və vidalaşma yeri və vaxtı bəlli deyil.

Qeyd edək ki, V.Tixonov 1977-ci ildə MOİK-ə gəlib, elə həmin il də SSRİ-nin yığma komandasına rəhbərlik edib. O, özünün sərt üslubu ilə məşhurlaşıb. Onun rəhbərliyi ilə klub 15 il ərzində 14 dəfə ölkə çempionu olub, 14 dəfə Avropa Çempionlar Kubokunu, 2 dəfə SSRİ Kubokunu qazanıb. Onun rəhbərliyi dövründə MOİK-in bir çox oyunçuları dünyanın idman ulduzlarına çevriliblər.

V.Tixonovun rəhbərliyi altında SSRİ yığma komandası ardıcıl 8 dəfə dünya çempionluğunu, 1978-1991-ci illərdə bütün Avropa çempionluğunu, Stenli Kubokunu və Çağırış Kubokunu qazanıb.

1994-cü ildə onun çalışdırdığı yığma komanda olimpiadada ilk dəfə medalsız qalıb. Bundan sonra o, yığma komandanın baş məşqçisi vəzifəsini tərk edib, yalnız MOİK-in baş məşqçisi olaraq qalıb.

2003-cü ildə yenidən Rusiya millisini çalışdıran V.Tixonov 2004-cü ildə dünya çempionatındakı uğursuz çıxışdan sonra bu postu tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti