...

Çezare Prandelli "Qalatasaray"dan qovuldu

İdman Materials 27 Noyabr 2014 13:47 (UTC +04:00)
"Qalatasaray" baş məşqçi Çezare Prandelli ilə bağlı yekun qərarını verib.
Çezare Prandelli "Qalatasaray"dan qovuldu

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

"Qalatasaray" baş məşqçi Çezare Prandelli ilə bağlı yekun qərarını verib.

Trend-in "Hürriyət" qəzetinə istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi təcrübəli mütəxəssisi istefaya göndərib. Bu qərarın axşam saatlarında rəsmən açıqlanacağı bildirilib.

Yeni baş məşqçinin adının isə bir neçə günə müəyyənləşəcəyi qeyd olunub.

Xatırladaq ki, "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Anderlext"ə uduzub və avrokuboklardan kənarda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti