...

Pelenin 2015-ci ildə Azərbaycana səfəri planlaşdırılır

İdman Materials 28 Noyabr 2014 11:30 (UTC +04:00)
Braziliyalı futbol əfsanəsi 74 yaşlı Pele 2015-ci ilin əvvəlində Azərbaycana səfərə gələcək.
Pelenin 2015-ci ildə Azərbaycana səfəri planlaşdırılır

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

Braziliyalı futbol əfsanəsi 74 yaşlı Pele 2015-ci ilin əvvəlində Azərbaycana səfərə gələcək. Trend xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "The Huffington Post" qəzeti məlumat verib.

Hazırda xəstəxanada olan sabiq futbolçu "Twitter" hesabı vasitəsilə onu sevənlərə vəziyyətinin yaxşı olduğunu bildirib: "Bu imkandan istifadə edərək bildirmək istəyirəm ki, vəziyyətim yaxşıdır".

Pele deyib ki, artıq reanimasiyada deyil, məxfilik məqsədilə xəstəxanada xüsusi otağa köçürülüb.

Qeyd edək ki, Pele noyabrın 13-də böyrək daşının götürülməsi üçün uğurlu əməliyyat olunub, lakin sonradan sidik yolu infeksiyası diaqnozu qoyulduğundan yenidən xəstəxanaya götürülüb.

Pele qeyd edib ki, qarşıdan gələn bayramları ailəsi ilə keçirmək, yeni ilə tam sağlam başlamaq və bir sıra beynəlxalq səfərlərə getməyə hazırlaşır.

Qeyd edək ki, Azərbaycan ilə yanaşı, Pele Avstraliya, Çin və Nigeriyaya da səfər etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti