...

Kişi idman gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi keçiriləcək

İdman Materials 28 Noyabr 2014 15:21 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası dekabrın 5-də kişi idman gimnastikası üzrə 21-ci Azərbaycan və Bakı birinciliyini keçirəcək.
Kişi idman gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi keçiriləcək

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Azərbaycan Gimnastika Federasiyası dekabrın 5-də kişi idman gimnastikası üzrə 21-ci Azərbaycan və Bakı birinciliyini keçirəcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.

Yarışlarda Bakı Gimnastika Məktəbinin və Respublika Olimpiya İdman Liseyinin nümayəndələri iştirak edəcəklər. 2000-2008-ci il təvəllüdlü 23 gimnast mütləq çoxnövçülükdə medallar uğrunda mübarizə aparacaq.

Federasiya yarışın açıq keçiriləcəyini elan edir və idman həvəskarlarını bir daha Milli Gimnastika Arenasına dəvət edir. Giriş sərbəst olacaq.

Yarışların başlanması - 09:30

Keçiriləcəyi yer - Milli Gimnastika Arenasının köməkçi zalı

Ünvan: Heydər Əliyev prospekti, 108

Keçid: Metronun "Koroğlu" stansiyası

Məqalədə:
Xəbər lenti

Xəbər lenti