...

"Qalatasaray"ın yeni baş məşqçisi vəzifəsinə Hamza Hamzaoğlu gətirilir

İdman Materials 28 Noyabr 2014 11:59 (UTC +04:00)
"Qalatasaray"ın yeni baş məşqçisi vəzifəsinə Hamza Hamzaoğlu gətirilir. Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə klubun rəhbərliyi qərar verib.
"Qalatasaray"ın yeni baş məşqçisi vəzifəsinə Hamza Hamzaoğlu gətirilir

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

"Qalatasaray"ın yeni baş məşqçisi vəzifəsinə Hamza Hamzaoğlu gətirilir. Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə klubun rəhbərliyi qərar verib.

Hamza Hamzaoğlu ona bu təklifin verildiyini təsdiqləyib və təklifi qəbul etdiyini bildirib.

Qeyd edək ki, "Qalatasaray" bir neçə gün öncə baş məşqçi Çezare Prandelli ilə bağlı yekun qərarını verib. Klub rəhbərliyi təcrübəli mütəxəssisi istefaya göndərib.

Xatırladaq ki, "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Anderlext"ə uduzub və Avrokuboklardan kənarda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti