...

Qurban Qurbanov: Nəhayət ki...

İdman Materials 18 Dekabr 2014 19:31 (UTC +04:00)
"Çox vacib 3 xalı qazandıq".
Qurban Qurbanov: Nəhayət ki...

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

"Çox vacib 3 xalı qazandıq". Trend-in məlumatına görə, bunu bu gün keçirilən "Xəzər Lənkəran" - "Qarabağ" oyunundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov bildirib ki, fanatlar üçün çox maraqlı oyun alındı: "Onlara öz təşəkkürümü bildirmək istəyirəm. Həmişə bizə dəstək olurlar. Nəticəyə gəldikdə, çox vacib 3 xalı qazandıq. Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra nəhayət ki, qələbə qazandıq. "Xəzər Lənkəran" komandasına uğurlar arzulamaq istəyirəm. Biz isə qarşıdakı oyunlara hazırlaşıb, lazım olan nəticəni qazanmağa çalışacağıq".

"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çetin isə qeyd edib: "Meydançaya qələbə qazanmaq üçün çıxmışdıq. İstəyimiz çox idi. "Qarabağ" kimi komandaya 2-1 qalib gəldiyin oyunu yekunda 2-3 hesabı ilə uduzmaq çox üzücüdür. Qollar buraxmaq bizim üçün xoş məqam deyil. Yenə səhvlər var idi. Biz müdafiə xəttini gücləndirməliyik".

Xatırladaq ki, Premyer Liqanın XVII turu çərçivəsində keçirilən bu oyun "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti