...

Britaniyalı futbolçunun iki avtomobilini qaçırıblar

İdman Materials 19 Dekabr 2014 13:02 (UTC +04:00)
İngiltərənin “Aston Villa” futbol klubunun hücumçusu Darren Bentin iki avtomobili qaçırılıb. Maşınların dəyəri 150 min funt sterlinq təşkil edir.
Britaniyalı futbolçunun iki avtomobilini qaçırıblar

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

İngiltərənin "Aston Villa" futbol klubunun hücumçusu Darren Bentin iki avtomobili qaçırılıb. Maşınların dəyəri 150 min funt sterlinq təşkil edir. Trend xəbər verir ki, bu barədə "Lenta.ru" saytı "Birmingham Mail" qəzetinə istinadən məlumat yayıb.

İnsident dekabrın 13-də baş versə də, bu barədə yalnız dekabrın 19-da məlumat verilib. Cinayətkarlar 30 yaşlı futbolçunun Staffordşir qraflığının Littl Eston şəhərindəki evinə soxulublar. Onlar "Audi RS 6" və "Range Rover" avtomobillərinin açarlarını taparaq qaraja daxil olublar. Avtomobillərə minərək naməlum istiqamətdə gediblər.

Hadisə yerinə gələn polis pəncərələrin sındırılmış kilidlərini tapıb. Asayiş keşikçiləri avtomobilləri, eləcə də cinayətkarları axtarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti