...

"Nəhənglər"in ilin son döyüşü

İdman Materials 21 Dekabr 2014 17:24 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub.
"Nəhənglər"in ilin son döyüşü

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub.

Trend-in məlumatına görə, turun bütün görüşləri eyni gündə baş tutub.

Bununla da, Premyer Liqada fasiləyə yaranıb. Son turda "Xəzər Lənkəran" bu gün öz meydanında AZAL-ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Turun mərkəzi qarşılaşması Qəbələdə keçirilib. Burada yerli "Qəbələ" klubu "İnter"i sınağa çəkib. "İnter" bu görüşdə qələbə qazanmaqla ikinci pillədəki mövqeyini bir qədər də möhkəmləndirə bilərdi. Lakin "Qəbələ"ninəzmkar oyunu nəticəsində oyun 1:1 hesabı ilə başa çatıb.

Premyer Liqanın hazırkı lideri "Qarabağ" klubu öz meydanında "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. "Qarabağ" bu oyunda 2:0 hesabı ilə qalib gəlməklə qış fasiləsinə lider kimi yollanıb.

Tura Zaqatalada "Simurq" - "Bakı" oyunu ilə yekun vurulmalı idi, lakin hava dumanlı olduğundan oyun dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti