...

"Birlik kuboku"nu afrikalılar qazandı

İdman Materials 25 Yanvar 2015 22:43 (UTC +04:00)
Rusiyada gənclərdən ibarət milli komandalar arasında keçirilən “Birlik kuboku” turnirinə yekun vurulub.
"Birlik kuboku"nu afrikalılar qazandı

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Rusiyada gənclərdən ibarət milli komandalar arasında keçirilən "Birlik kuboku" turnirinə yekun vurulub.

Trend-in məlumatına görə, həlledici görüşdə Cənubi Afrika və Finlandiya futbolçuları qarşılaşıb. Oyun 2:1 hesabı ilə afrikalı futbolçuların qələbəsi ilə başa çatıb.

Belarus üçüncü, təşkilatçı ölkə Rusiya isə beşinci yeri tutub.

Qeyd edək ki, bir neçə ildir Azərbaycan bu yarışa qatılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti