...

"Neftçi"dən növbəti transfer

İdman Materials 30 Yanvar 2015 19:40 (UTC +04:00)
“Neftçi” PFK daha bir transferi reallaşdırıb.
"Neftçi"dən növbəti transfer

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

"Neftçi" PFK daha bir transferi reallaşdırıb.

Trend klubun saytına istinadən məlumat verir ki, futbolçu Əziz Quliyevlə ilyarım müddətinə müqavilə bağlanıb.

Azərbaycan milli komandasının da şərəfini qorumuş futbolçu bununla bağlı fikirlərini bildirib: "Mənə "Neftçi" kimi iddialı klubda çıxış etmək şansı verildiyi üçün şadam. Çalışacağam ki, oyunumla həm kluba faydalı olum, həm də yenidən milli komandaya dəvət alım".

Xəbər lenti

Xəbər lenti