...

"Qəbələ" Kamran Ağayevlə yolları ayırdı

İdman Materials 1 Fevral 2015 13:43 (UTC +04:00)
“Qəbələ” klubu qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.
"Qəbələ" Kamran Ağayevlə yolları ayırdı

Azərbaycan, Bakı, 1 fevral /Trend/

"Qəbələ" klubu qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.

Trend-in klubun saytına istinadən yaydığı xəbərə görə, qarşılıqlı razılaşma əsasında futbolçu ilə müqaviləyə xitam verilib.

2014-cü ilin əvvəlindən "qırmızı-qara" formanı geyinən futbolçu "Qəbələ"nin uğurları üçün 1 il çalışıb. Komandanın heyətində 37 oyun keçirib, 43 top buraxan Ağayev 2013/14 mövsümündə "qırmızı-qaralar"la Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olub. Azərbaycan kubokunun finalında iştirak edib.

Xəbər lenti

Xəbər lenti