...

Ruslar belçikalılara və hollandlara futbol dərsi keçdilər

İdman Materials 26 Fevral 2015 23:15 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib.
Ruslar belçikalılara və hollandlara futbol dərsi keçdilər

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, Moskva "Dinamo"su Belçikanın "Anderlext" klubunu qəbul edib.

Hesabı 29-cu dəqiqədə qonaqlar açıb. Rusların cavabı 47-ci dəqiqədə gəlib: Aleksey Kozlov fərqlənib.

64-cü dəqiqədə Kokorin penalti zərbəsindən yararlana bilməsə də, Artur Yusupov belçikalıları məyus edib. Sonuncu dəqiqədə Kevin Kuranyi son nöqtəni qoyub - 3:1.

İlk görüş qolsuz bərabərə qaldığından, bu hesab rusları növbəti mərhələyə yüksəldib.

Sankt-Peterburqda isə yerli "Zenit" ilk görüşdə minimal hesabla qalib gəldiyi "PSV Eyndhoven"lə qarşılaşıb.

Bu dəfə də ruslar hollandlardan üstün olublar. Oyun "Zenit"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti