...

"Beşiktaş" üçün "Brügge" sınağı

İdman Materials 27 Fevral 2015 16:51 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
"Beşiktaş" üçün "Brügge" sınağı

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, 1/16 final mərhələsində "Liverpul"u mübarizədən kənarlaşdıran Türkiyənin "Beşiktaş" klubu 1/8 finalda Belçikanın "Brügge" komandası ilə qarşılaşacaq.

Püşkün nəticələri belədir:

"Everton" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)
"Dnepr" (Ukrayna) - "Ayaks" (Hollandiya)
"Zenit" (Rusiya) - "Torino" (İtaliya)
"Volfsburq" (Almaniya) - "İnter" (İtaliya)
"Vilyarreal" (İspaniya) - "Sevilya" (İspaniya)
"Napoli" (İtaliya) - "Dinamo" (Moskva, Rusiya)
"Brügge" (Belçika) - "Beşiktaş" (Türkiyə)
"Fiorentina" (İtaliya) - "Roma" (İtaliya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri isə 19-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti