...

AFFA "İnter"in müraciətini təmin etmədi

İdman Materials 3 Mart 2015 15:18 (UTC +04:00)
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
AFFA "İnter"in müraciətini təmin etmədi

Azərbaycan, Bakı, 3 mart /Trend/

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.

Trend qurumun saytına istinadən məlumat verir ki, iclasda "İnter" PİK (futbolçu Sezar Meza Kolli və məşqçi Miloş Yevtiçlə bağlı qəbul edilmiş cəzaların ləğv olunması) və "Mil-Muğan" FK-nın keçmiş baş məşqçisi Məmmədov Mətləb Əli oğlu (cəzanın yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb.

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. "İnter" PİK-in müraciəti təmin olunmasın. AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
2. "Mil-Muğan" FK-nın keçmiş baş məşqçisi M.Məmmədov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Məşqçi intizam tədbiri olaraq 6 aylıq kənarlaşdırılsın, digər 6 aylıq cəzadan isə 1 illik sınaq müddəti təyin olunmaqla azad olunsun. 1 illik sınaq müddəti ərzində məşqçi M.Məmmədov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti