...

Filipp Silaçi: Gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı gözəl təşkil edilib

İdman Materials 4 Mart 2015 14:40 (UTC +04:00)
"Avropa Oyunları ərəfəsində sınaq xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı gözəl təşkil edilib".
Filipp Silaçi: Gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı gözəl təşkil edilib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Yelena Kosolapova/

"Avropa Oyunları ərəfəsində sınaq xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı gözəl təşkil edilib". Bunu Trend-ə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin KİV-lərlə iş üzrə meneceri Filipp Silaçi deyib.

O bildirib: "Biz burada evimizdəki kimiyik. Gimnastika üçün hər şey düşünülüb və nəzərdə tutulub. KİV-lər üçün iş və məşqlər üçün şərait optimaldır".

F.Silaçi qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasının dünya çempionatları, dünya kubokları, Avropa çempionatlarının təşkilində böyük təcrübəsi var: "Federasiyanın baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının vitse-prezidentidir, buna görə də o, beynəlxalq səviyyəli təcrübəyə malikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti