...

Kubok böyük ehtimalla "Barselona"nındır

İdman Materials 5 Mart 2015 01:10 (UTC +04:00)
İspaniya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilir.
Kubok böyük ehtimalla "Barselona"nındır

Azərbaycan, Bakı, 5 mart /Trend/

İspaniya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilir.

Trend-in məlumatına görə, "Barselona" ilk görüşdə 3:1 hesabı ilə qalib gəldiyi "Vilyareal"ın qonağı olub.

Oyunda hesabı kataloniyalılar açıblar - 3-cü dəqiqədə Neymar fərqlənib. Meydan sahibləri birinci hissənin sonlarında Dos Santosun qolu ilə hesabı bərabərləşdiriblər. Lakin 65-ci dəqiqədə Pinanın qırmızı vərəqə alması ilə azlıqda qalan "Vilyareal"ın bundan artığına gücü çatmayıb. Əvəzində əvvəlcə 73-cü dəqiqədə Suarez, 88-ci dəqiqədə isə yenidən Neymar fərqlənib - 1:3.

Beləliklə, "Barselona" İspaniya kubokunun finalına yüksəlib. Finalda onun rəqibi "Espanyol" - "Atletik" görüşünün qalibi olacaq.

Xəbər lenti

Xəbər lenti