...

Azərbaycan gimnastları batutda tullanma yarışının təsnifatında ikinci yer tutublar

İdman Materials 5 Mart 2015 14:45 (UTC +04:00)
Azərbaycanlı gimnastlar Oleq Piunov və Səbinə Zaytseva Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında batutda tullanma üzrə fərdi yarışların təsnifatında ikinci yeri tutublar.
Azərbaycan gimnastları batutda tullanma yarışının təsnifatında ikinci yer tutublar

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanlı gimnastlar Oleq Piunov və Səbinə Zaytseva Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında batutda tullanma üzrə fərdi yarışların təsnifatında ikinci yeri tutublar.

Trend-in məlumatına görə, bununla da hər iki idmançı yarışların finalında medallar uğrunda mübarizə aparacaq.

O.Piunovdan başqa, finalda iştirak etmək hüququnu Ruslan Ağamirov və Dmitri Fedorovski əldə ediblər. Azərbaycan təmsilçisi Svetlana Makştarova hesabdan kənar çıxış edib.

Kişilər arasında batutda sinxron tullanmada Azərbaycanın iki komandası finalda çıxış etmək hüququ əldə edib. İlya Qrişanin-Oleq Piunov cütlüyü dördüncü, Ağamirov-Fedorovski cütlüyü isə beşinci yerdən finala vəsiqə qazanıblar.

Batutda sinxron tullanmada S.Zaytseva və S.Makştarova müsabiqədən kənar çıxış ediblər.

Azərbaycan komandası aerobika üzrə qrup yarışlarında təsnifatda üçüncü yer tutub və sabah medallar uğrunda mübarizə aparacaq.

Cütlüklər arasında yarışda ikinci yeri tutmuş Azərbaycanın Yekaterina Kotlyarova-Teymur Ələkbərov cütlüyü qızıl medala iddia edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti