...

Pyotr Paxnyuk: Azərbaycan yığmasının Avropa Oyunlarında medallar qazanmaq şansı var

İdman Materials 6 Mart 2015 20:51 (UTC +04:00)
İyunda Bakıda keçiriləcək I Avropa Oyunlarında medallar uğrunda mübarizə aparmaq üçün Azərbaycan yığmasının hər cür şansı var.
Pyotr Paxnyuk: Azərbaycan yığmasının Avropa Oyunlarında medallar qazanmaq şansı var

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Yelena Kosolapova/

İyunda Bakıda keçiriləcək I Avropa Oyunlarında medallar uğrunda mübarizə aparmaq üçün Azərbaycan yığmasının hər cür şansı var. Bunu Trend-ə Azərbaycan gimnastı Pyotr Paxnyuk deyib.

Kişi idman gimnastikasına gəlincə, o bildirib: "Yaxşı görünmək və medallar uğrunda mübarizə aparmaq üçün hər şey edirik. Avropa Oyunlarına 3 ay qalıb və nəticələr göstərir ki, biz daha yaxşı forma yığırıq".

P.Paxnyuk qeyd edib ki, Avropada ciddi rəqabət yaradan bir çox güclü komanda var: "Bunlar Rusiya, Böyük Britaniya, Ukrayna və Almaniya yığmalarıdır".

Gimnast əlavə edib ki, Milli Gimnastika Arenasında idmançılar üçün rahat şərait yaradılıb: "Burada idman rejimi üçün ideal şərait yaradılıb. Burada qidalanır, istirahət və məşq edirik".

Onun sözlərinə görə, ümumilikdə gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında göstərdiyi nəticəsindən razıdır: "Ümumiyyətlə, üzərimdə hələ işləməliyəm".

Qeyd edək ki, P.Paxnyuk çempionatda 4 gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti