...

Danimarka topla oynamağı Azərbaycandan öyrənməlidir

İdman Materials 19 Mart 2015 22:50 (UTC +04:00)
Futzal üzrə Avropa çempionatının (Avro-2016) əsas seçmə mərhələsin çərçivəsində bu gün Azərbaycan milli komandası ikinci oyununu keçirib.
Danimarka topla oynamağı Azərbaycandan öyrənməlidir

Azərbaycan, Bakı, 19 mart /Trend/

Futzal üzrə Avropa çempionatının (Avro-2016) əsas seçmə mərhələsin çərçivəsində bu gün Azərbaycan milli komandası ikinci oyununu keçirib.

Trend-in məlumatına görə, IV qrupda mübarizə aparan millimiz bu dəfə Danimarka yığması ilə qarşılaşıb.

Avropalılar futzalçılarımızın qarşısında aciz qalıblar - 11:2.

Qollar: De Araujo, 7, (1:0), Rəcəb Fərədzadə, 13 (2:0), Vitali Borisov, 18 (3:0), Yensen, 21 (3:1), Amadeo, 25 (4:1), İsa Atayev, 31 (5:1), Yensen, (5:2), Auqusto, 32 (6:2), Ramiz Çovdarov, 33 (7:2), De Araujo, 34 (8:2), Fərzəliyev, 36 (9:2), Ramiz Çovdarov, 37 (10:2), İsa Atayev, 38 (11:2)

Qeyd edək ki, bundan əvvəl Belçika yığması ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanmışdı. Yığmamız son oyununu Ukraynaya qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti