...

Almaniya "Formula 1"-dən uzaqlaşdırıldı

İdman Materials 21 Mart 2015 14:29 (UTC +04:00)
Almaniya 2015-ci ildə keçiriləcək "Formula-1" Qran-pri yarışlarının təqvimindən çıxarıldı.
Almaniya "Formula 1"-dən uzaqlaşdırıldı

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir Məftun Salmanov/

Almaniya 2015-ci ildə keçiriləcək "Formula 1" Qran-pri yarışlarının təqvimindən çıxarıldı. Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) açıqlamasında deyilir.

Məlumata görə, iyulun 17-19-da Almaniyada keçirilməsi planlaşdırılan yarış ləğv edilib. Buna səbəb maliyyə məsələlərinə cavabdeh firma ilə razılaşmanın əldə edilməməsidir.

Qeyd edək ki, Almaniya 1960-cı ildən etibarən "Formula-1" yarışlarına ev sahibliyi edirdi. Bu mövsüm daha bir ölkə - Cənubi Koreya da yarışların təqvimindən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti