...

Bakı 2015 Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzi təqdim edildi

İdman Materials 26 Mart 2015 12:26 (UTC +04:00)
Bakı 2015 tarixdə ilk Avropa Oyunlarının bir hissəsi olmaq istəyən yüz minlərlə insanı ən yeni və dəyərli məlumatlarla təmin edəcək Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini ictimaiyyətə təqdim edib.
Bakı 2015 Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzi təqdim edildi

Azərbaycan, Bakı, 26 mart /Trend/

Bakı 2015 tarixdə ilk Avropa Oyunlarının bir hissəsi olmaq istəyən yüz minlərlə insanı ən yeni və dəyərli məlumatlarla təmin edəcək Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini ictimaiyyətə təqdim edib.

Avropa Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, 20-yə yaxın operator Bakı 2015 Oyunları, yarış obyektləri, idman növləri, yarış cədvəli, bilet satışı (qiymətlər, biletin alınması yolları, satış məntəqələri və onların açılış saatı, "Şanslı Qalib" kampaniyası), yarış obyektlərinə giriş, ticarət imkanları, mərasimlər və nəqliyyatla bağlı Azərbaycan və ingilis dillərində məlumat verəcək.

Xəttə zəng vuranları komediya ustası, aktyor və aparıcı, Bakı 2015-in ulduz elçisi Murad Dadaşov salamlayacaq. O, həmçinin bir neçə tanınmış televiziya şousunun aparıcısıdır.

Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzi ilə Azercell, Bakcell və Azerfon GSM operatorlarından, o cümlədən, ölkə abunəçilərinin 90%-ni əhatə edən BTRİB (Bakı) və Aztelekom (regional) sabit xətt operatorlarından 2015 nömrəsini yığmaqla əlaqə saxlamaq olar.

Ölkəyə səyahət etmədən öncə məlumat almaq istəyən beynəlxalq qonaqlar üçün məlumat xətti +994 77 2015 000 nömrəsidir və zənglərin qiyməti zəng olunan ölkənin beynəlxalq zəng tariflərinə əsasən təyin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti