...

“Barselona”nın əfsanəvi futbolçusu Qətər klubunda

İdman Materials 26 Mart 2015 22:29 (UTC +04:00)
İspaniyanın “Barselona” klubunun əfsanəvi futbolçusu Xavi Hernandes bu mövsümün sonuna yaxın Qətərin “Əl-Sədd” klubuna keçəcək.
“Barselona”nın əfsanəvi futbolçusu Qətər klubunda

Azərbaycan, Bakı, 26 mart /Trend/

İspaniyanın "Barselona" klubunun əfsanəvi futbolçusu Xavi Hernandes bu mövsümün sonuna yaxın Qətərin "Əl-Sədd" klubuna keçəcək.

Trend-in İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, artıq 35 yaşlı oyunçu klubla 3 illik müqavilə də imzalayıb.

Xavi yeni klubunda illik 10 milyon avro maaş alacaq. O, Qətər klubunda çıxış edəcəyi müddətdə məşqçi lisenziyasını almağı da planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti