...

İqor Akinfeyevə fakel atan azarkeş saxlanılıb

İdman Materials 28 Mart 2015 21:55 (UTC +04:00)
“Avro-2016”nın dünən keçirilən Montoneqro – Rusiya oyunu zamanı qonaq komandanın qapıçısı İqor Akinfeyevə fakel atan azarkeş saxlanılıb.
İqor Akinfeyevə fakel atan azarkeş saxlanılıb

Azərbaycan, Bakı, 28 mart /Trend/

"Avro-2016"nın dünən keçirilən Montoneqro - Rusiya oyunu zamanı qonaq komandanın qapıçısı İqor Akinfeyevə fakel atan azarkeş saxlanılıb. Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Luka Lazareviç adlı azarkeş özü könüllü polisə təslim olub.

Qeyd edək ki, "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində keçirilən Çernaqoriya - Rusiya matçında xoşagəlməz hal yaşanıb.

Oyun başlayan zaman yerli azarkeşlərdən biri Rusiya millisinin qapıçısı İqor Akinfeyevə fakel atıb. Başından zədə alan 28 yaşlı qolkiper xəstəxanaya aparılıb. Qarşılaşma isə dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti