...

Rövnəq Abdullayev danışdı

İdman Materials 28 Mart 2015 23:49 (UTC +04:00)
"Vacib qələbə idi. Robert Prosineçki debüt matçında qələbə qazandı. Bu, uğurun başlanğıcıdır" Trend-in məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev "Avro-2016"nın seçmə mərhələsində milli komandamızın Maltaya qalib gəldiyi oyun haqda danışarkən deyib.
Rövnəq Abdullayev danışdı

Azərbaycan, Bakı, 28 mart /Trend/

"Vacib qələbə idi. Robert Prosineçki debüt matçında qələbə qazandı. Bu, uğurun başlanğıcıdır" Trend-in məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev "Avro-2016"nın seçmə mərhələsində milli komandamızın Maltaya qalib gəldiyi oyun haqda danışarkən deyib.

R.Abdullayev bildirib ki, Malta güclü rəqib idi: "Onlar Bolqarıstan millisindən xal ala bilmişdi. Bu oyunda yığmamız qalib gəlməklə sanki yeni nəfəs aldı. İnanıram ki, komandamız bundan sonra daha yaxşı oyun sərgiləyəcək".

Qeyd edək ki, öz meydanında Malta ilə qarşılaşan Azərbaycan millisi inamlı qələbə qazanıb - 2:0.

Xəbər lenti

Xəbər lenti