...

"Qarabağ" - "İnter" oyununun yeri və vaxtı dəyişdirildi

İdman Materials 29 Mart 2015 15:56 (UTC +04:00)
“Qarabağ” - “İnter” görüşünün yeri və vaxtı dəyişdirilib.
"Qarabağ" - "İnter" oyununun yeri və vaxtı dəyişdirildi

Azərbaycan, Bakı, 29 mart /Trend/

"Qarabağ" - "İnter" görüşünün yeri və vaxtı dəyişdirilib. Bu barədə Trend Peşəkar Futbol Liqasına (PFL) istinadən məlumat verir.

"Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət edərək "İnter"lə Premyer Liqanın XXVII turunda keçiriləcək ev oyununun vaxtının və yerinin dəyişdirilməsini xahiş edib. Buna səbəb Tofiq Bəhramov adına Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsidir.

PFL yuxarıda göstərilənləri nəzərə alaraq, oyunu 1 aprel tarixindən 2 aprel tarixinə keçirib. Qarşılaşma saat 18:00-da "Bakcell Arena"da başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti