...

Azərbaycan Serbiya ilə qarşılaşa bilər

İdman Materials 30 Mart 2015 17:50 (UTC +04:00)
AFFA yoldaşlıq oyunu ilə bağlı danışıqlar aparır.
Azərbaycan Serbiya ilə qarşılaşa bilər

Azərbaycan, Bakı, 30 mart /Trend/

AFFA yoldaşlıq oyunu ilə bağlı danışıqlar aparır.

Trend qurumun saytına istinadən məlumat verir ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Azərbaycan milli komandası rəqib meydanında Norveç yığması ilə qarşılaşacaq.

Bu oyuna hazırlıq məqsədilə iyunun əvvəllərində yoldaşlıq oyunu keçirmək üçün AFFA Serbiya Futbol Federasiyası ilə danışıq aparır.

Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə Azərbaycan - Serbiya yoldaşlıq oyunu millimizin təlim-məşq toplanışında olacağı Avstriyada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti