...

Ənənəvi mini-futbol turniri başlayır

İdman Materials 31 Mart 2015 15:12 (UTC +04:00)
"AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupu və “Synergy Group” ASC əməkdaşları arasında keçiriləcək mini-futbol yarışının iştirakçıları müəyyənləşib.
Ənənəvi mini-futbol turniri başlayır

Azərbaycan, Bakı, 31 mart /Trend/

Ənənəvi turnir başlayır: Sabah püşkatma keçirilir.

Trend xəbər verir ki, "AtaBank" ASC-nin dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupu və "Synergy Group" ASC əməkdaşları arasında keçiriləcək mini-futbol yarışının iştirakçıları müəyyənləşib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə hər il olduğu kimi bu dəfə də 16 komanda mübarizə aparacaq.

Aprelin 4-də start götürəcək çempionatın püşkatması sabah olacaq. "AtaBank" ASC-nin baş ofisinin konfrans zalında təşkil ediləcək mərasim saat 11:00-da başlayacaq.

Püşkün nəticəsinə əsasən 16 komanda - "AtaCard", "First United", "Sumqayıt", "AtaSığorta", "Gobustone", "Synergetic", "AtaTexnologiya", MXD, VTB, "Black Star", "No Name", "VTB Plus", "Caspian Sea Resort", "Renasissance Construction", "Cybernet" və "Shamkir Capital Group" 4 qrupa bölünəcək. Hər qrupda ilk 2 yeri tutan komanda 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcək.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti