...

Rusiya və ABŞ şahmatçıları Ermənistana getməmələrinin səbəbini açıqladılar (FOTO)

İdman Materials 18 Aprel 2015 21:15 (UTC +04:00)
Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 2-ci turda Rusiya şahmatçısı Vladimir Kramnik ABŞ təmsilçisi Uesli So ilə heç-heçə oynayıb.
Rusiya və ABŞ şahmatçıları Ermənistana getməmələrinin səbəbini açıqladılar (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 2-ci turda Rusiya şahmatçısı Vladimir Kramnik ABŞ təmsilçisi Uesli So ilə heç-heçə oynayıb.

Trend xəbər verir ki, turnirin rəsmi saytı hər iki şahmatçının partiya haqda fikirlərini təqdim edir. Uesli So rəqibin güclü şahmatçı olduğunu qeyd edib: "Kramnik kimi şahmatçıya qarşı oynamaq böyük şərəfdir. Hər zaman onun oyunlarını diqqətlə izləmişəm. Müəyyən mənada öyrənməyə çalışmışam. Bu gün onun təzyiqini hiss etdim. Heç-heçə olmasını özüm üçün yaxşı nəticə sayıram".

Sabiq dünya çempionu Vladimir Kramnik isə üstünlüyünün olduğunu amma qələbə üçün lazımi gedişlərin görünmədiyini dedi: "Üstünlüyüm var idi. Amma böyük üstünlük yox idi. Ona görə heç-heçə normal nəticədir. So yaxşı şahmatçıdır. Yaxşı müdafiə olunurdu. Fikrimcə hələ iki tur başa çatıb, ona görə yekun nəticə haqda danışmaq düzgün deyil".

Vladimir Kramniklə Uesli So bu günlərdə Ermənistanda start götürəcək yığmaların dünya çempionatında iştirakdan imtina etmələrinin səbəbini açıqlayıb. ABŞ təmsilçisi federasiya tərəfindən ona gec dəvət gəldiyini və Şəmkirə gəlmək istəyinin böyük olduğunu deyib: "İlk olaraq qeyd edim ki, Şəmkirdəki turnirin təşkilatçılarına müsbət cavab vermişdim. Mən artıq Şəmkirə gələcəyimi deyəndən sonra federasiya məni dünya çempionatına dəvət etdi. O zaman mən millidə çıxış edə bilməyəcəyimi dedim. Şəmkirdə gözəl təşkilatçılıq və güclü şahmatçılar var. Bura gəldiyimə görə çox şadam. Dünya çempionatına getmədiyimə görə peşman deyiləm".

Sabiq dünya çempionu Vladimir Kramnik isə Rusiya yığmasının heyətində olmadığını belə izah edib: "Məndə də oxşar hadisə oldu. Fevralda artıq Şəmkirə gələcəyimə söz vermişdim. Sonradan federasiya rəhbərliyi milliyə dəvət etdi. Əvvəlcədən hər hansı bir turnir olacağı halda yığmada olmayacağımı demişdim. Fikrimcə mənsiz də Rusiya yığması güclüdür. Digər tərəfdən Şəmkirdəki turnir gözəl insan, güclü şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunub. Ötən il bu yarışda iştirak edə bilmədim. Amma bütün həmkarlarım təşkilatçılıq haqda xoş sözlər deyirdi. Vüqarla çox yaxın olmasaqda onun xatirə turnirində iştirak etməyə bilməzdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti