...

AFFA-dan Ramil Şeydayevə növbəti təklif

İdman Materials 19 Aprel 2015 22:09 (UTC +04:00)
AFFA millimizdə oynaması üçün Sankt-Peterburq "Zenit"inin azərbaycanlı futbolçusu Ramil Şeydayevə yenidən müraciət edib
AFFA-dan Ramil Şeydayevə növbəti təklif

Azərbaycan, Bakı, 19 aprel /Trend/

AFFA millimizdə oynaması üçün Sankt-Peterburq "Zenit"inin azərbaycanlı futbolçusu Ramil Şeydayevə yenidən müraciət edib.

Trend-in məlumatına görə, Rusiyanın U-21 millisinin oyunçusu AFFA-dan təklif aldığını təsdiqləyib.

R.Şeydayev azerisport.com-a açıqlamasında millidə oynaması üçün ona yenidən müraciət edildiyini deyib.

Xatırladaq ki, AFFA daha öncə R.Şeydayevə Azərbaycan millisində oynamağı təklif etsə də, gənc futbolçu rədd cavabı vermişdi.

Xəbər lenti

Xəbər lenti