...

Karuana: So geri çəkilmirdi

İdman Materials 24 Aprel 2015 22:11 (UTC +04:00)
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində VII turun görüşləri başa çatıb.
Karuana: So geri çəkilmirdi

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində VII turun görüşləri başa çatıb.

Trend-in məlumatına görə, Hesabat turunda İtaliya şahmatçısı Fabiano Karuana əslən Fillipindən olan Uesli Soya qalib gəlib. Partiyadan sonra hər iki şahmatçı partiya haqda fikirlərini bildirib.

Fabiano Karuana (İtaliya): "Qələbə qazanmaq hər zaman yaxşı hisslər yaradır. Debütdən istədiyim oyunu göstərməyə başladım. Maraqlıdır ki, So geri çəkilmirdi. Sona yaxın məğlubiyyətən xilas olmağa çalışsa da, buna imkan vermədim. Qələbə xalımı 4-ə çatdırdı. Turnirdə qalib olmağa şansım çox deyil. Bununla belə son turlarda qələbə qazanmağa çalışacam".

Uesli So (ABŞ): "Son iki turda özümə bənzəmirəm. Oyun alınmır. Hazırlıq baxımından problem yoxdur. Sadəcə oyun zamanı üstünlük qazana bilmirəm. Digər tərəfdən rəqiblər daha yaxşı oyun göstərir. Şəmkirdə heyət çox güclüdür. Hər tur ciddi mübarizə gedir. Fikrimcə son turlar daha maraqlı olacaq".

Xəbər lenti

Xəbər lenti