...

"Barselona"nın ulduzu türklərdən üzr istədi

İdman Materials 27 Aprel 2015 15:20 (UTC +04:00)
Aprelin 25-də qondarma erməni "soyqırımı"nın 100 illiyi ilə bağlı pankart açan “Barselona”nın futbolçusu Daniel Alveş etdiyi hərəkətdən peşman olub.
"Barselona"nın ulduzu türklərdən üzr istədi

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Aprelin 25-də qondarma erməni "soyqırımı"nın 100 illiyi ilə bağlı pankart açan "Barselona"nın futbolçusu Daniel Alveş etdiyi hərəkətdən peşman olub.

Trend-in məlumatına görə, "twitter" sosial şəbəkəsindəki səhifəsində paylaşdığı fotoları silən braziliyalı futbolçu türk azarkeşlərdən üzr istəyib.

Alveş hərəkətini belə əsaslandırıb: "Bütün türk azarkeşlərimizdən üzr istəyirəm. Fotoların onları bu qədər məyus edəcəyini düşünməmişdim. Bir çox türk dostlarım var. Mən sülh içində olan bir dünya istəyirəm. İnsanlara heç vaxt zərər vermərəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti