...

Azərbaycan futbol ailəsinin 80000-ci üzvü

İdman Materials 27 Aprel 2015 18:34 (UTC +04:00)
Azərbaycan futbol ailəsinin üzvlərinin sayı 80 minə çatdı.
Azərbaycan futbol ailəsinin 80000-ci üzvü

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycan futbol ailəsinin üzvlərinin sayı 80 minə çatdı. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.

Qeyd edək ki, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin - futbolçuların, məşqçilərin və digər texniki işçilərin - qeydiyyat sistemi yaradılıb. Artıq bu sistemdə qeydiyyata alınanların sayı 80 min nəfərə çatıb.

Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 80 mininci üzvü AFFA-nın həyata keçirdiyi "Coca-Cola Məktəbli Kuboku" turnirinin iştirakçısı Daşkəsən rayonu, Daşkəsən qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi, 01.07.2002-ci il təvəllüdlü Məhəmməd Şahlar oğlu Əsgərovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti