...

Boksçumuz ötən ayın ən yaxşısı oldu

İdman Materials 5 May 2015 19:30 (UTC +04:00)
Beynəlxalq Boks Federasiyası (AIBA) aprel ayının ən yaxşı boksçusunun adını açıqlayıb.
Boksçumuz ötən ayın ən yaxşısı oldu

Azərbaycan, Bakı, 5 may /Trend/

Beynəlxalq Boks Federasiyası (AIBA) aprel ayının ən yaxşı boksçusunun adını açıqlayıb. Azərbaycan milli komandasının və "Baku Fires" klubunun üzvü Albert Səlimov ötən ayın ən yaxşısı seçilib.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, boksçumuz WSB liqasının cari mövsümündə 6 görüşdə qələbə qazanaraq fərdi reytinqdə 2-ci yeri tutub. AIBA-nın rəsmi saytında A.Səlimov haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, A.Səlimov hazırda Azərbaycan milli komandasının heyətində Meksikada təlim-məşq toplanışındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti