...

"Real" "Yuventus"la bacarmadı

İdman Materials 6 May 2015 01:49 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start verilib
"Real" "Yuventus"la bacarmadı

Azərbaycan, Bakı, 6 may /Trend/

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə "Yuventus" doğma meydanda "Real"ı qəbul edib.

Hesabı meydan sahibləri açıblar - 9-cu dəqiqədə Morata fərqlənib. Madridlilərin cavabı özünü çox gözlətməyib - 27-ci dəqiqədə Ronaldo hesaba tarazlıq gətirib.

58-ci dəqiqədə Tevez penalti zərbəsindən dəqiq yararlanmaqla turinliləri yenidən önə keçirib. Bu, gərgin və maraqlı keçən oyunda sonuncu qol olub - 2:1.

Qeyd edək ki, yarımfinalın digər oyunu "Barselona" və "Bavariya" klubları arasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti