...

Qvardiola köhnə komandası ilə bacarmadı

İdman Materials 7 May 2015 01:45 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində növbəti oyun keçirilib.
Qvardiola köhnə komandası ilə bacarmadı

Azərbaycan, Bakı, 7 may /Trend/

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində növbəti oyun keçirilib.

Trend-in məlumatına görə, "Barselona" doğma meydanda "Bavariya"nı qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə ilk qol 77-ci dəqiqədə Lionel Messidən gəlib. 3 dəqiqə sonra isə argentinalı forvard dubla imza atıb.

Son dəqiqələrdə isə Neymar son nöqtəni qoyub - 3:0.

Xəbər lenti

Xəbər lenti