...

Türkiyədəki turnirin ilk günündə gənc güləşçilərimizdən 2 qızıl və 1 bürünc medal (FOTO)

İdman Materials 23 May 2015 14:10 (UTC +04:00)
Gənc güləşçilərimiz Antalyada 2 qızıl və 1 bürünc medal qazanıb.
Türkiyədəki turnirin ilk günündə gənc güləşçilərimizdən 2 qızıl və 1 bürünc medal (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İlkin İzzət/

Gənc güləşçilərimiz Antalyada 2 qızıl və 1 bürünc medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir start götürüb.

Turnirin ilk günündə güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb.

Gənc qızların yarışında Almaz İsmayılova (55 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində Nofəl Babayev (50 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Ruhin Mikayılov (66 kq) 5-ci yerlə kifayətlənib.

Sərbəst güləşçilərin yarışında mübarizə aparan Teymur Məmmədov (66 kq) da bütün rəqiblərindən üstün olub. Finalda güləşçimiz Rusiyalı rəqibinə qalib gəlməklə turnirin qızıl medalını qazanıb. Eyni çəkidə digər təmsilçimiz Vurğun Əliyev isə, yekunda 5-ci sırada yer alıb.

3 gün davam edən turnir mayın 24-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti