...

"Real Madrid" klubu Ançelotti ilə vidalaşdı

İdman Materials 26 May 2015 06:10 (UTC +04:00)
İspanya klubu "Real Madrid"-in prezidenti Florentino Peres Karlo Ançelottinin komandanın baş məşqçisi vəzifədən uzaqlaşdırıldığı barədə deyib.
"Real Madrid" klubu Ançelotti ilə vidalaşdı

Azərbaycan, Bakı, 26 may /Trend/

İspanya klubu "Real Madrid"-in prezidenti Florentino Peres Karlo Ançelottinin komandanın baş məşqçisi vəzifədən uzaqlaşdırıldığı barədə deyib. Peres bunu mətbuat konfransı zamanı elan edib. Bu barədə Trend lenta.ru saytına istinadən məlumat verir.

İtalyalı məşqçinin vəzifədən uzaqlaşdırılması barədə qərar direktorlar şurasının iclası zamanı verilib. Peres Ançelottiyə "Real"-da gördüyü işə görə təşəkkürünü bildirib və yeni məşqçinin adının gələn həftə elan olunacağını deyib.

Xəbər lenti

Xəbər lenti