...

"Kəpəz"ə yeni rəhbər təyin olundu

İdman Materials 27 May 2015 18:19 (UTC +04:00)
Bu gün "Kəpəz" futbol klubunun Müşahidə Şurasının ilk iclası keçirilib.
"Kəpəz"ə yeni rəhbər təyin olundu

Azərbaycan, Bakı, 27 may /Trend/

Bu gün "Kəpəz" futbol klubunun Müşahidə Şurasının ilk iclası keçirilib.

Klubun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Müşahidə Şurasının üzvləri təsdiq olunub.

Qərara əsasən, Müzəffər Qasımov (futbol veteranı), Xanlar Fətiyev (Gəncə avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı), Elmir Vəliyev ("Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri), Mikayıl Quluyev (AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Əməkdar jurnalist), Sərxan Babayev ("DET-AL Alüminium" MMC-nin baş direktoru), Namiq Məmmədov ("Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədri), Müşfiq Cəfərov (Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi) Şuranın üzvləri, "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri E.Vəliyev isə "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri seçilib.

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev klubun baş məşqçi təsdiq olunub.

"Kəpəz"in prezidenti Mehman Allahverdiyev isə klubun icraçı direktoru təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti