...

"Sevilya" Avropa Liqasında rekorda imza atdı

İdman Materials 28 May 2015 01:41 (UTC +04:00)
Bu gün Varşavada UEFA Avropa Liqasının final görüşü keçirilib.
"Sevilya" Avropa Liqasında rekorda imza atdı

Azərbaycan, Bakı, 28 may /Trend/

Bu gün Varşavada UEFA Avropa Liqasının final görüşü keçirilib.

Trend-in məlumatına görə, həlledici oyunda "Dnepr" və "Sevilya" komandaları qarşılaşıblar.

Maraqlı, gərgin, qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsi qollu heç-heçə ilə başa çatıb - 2:2.

Bu turnirdə ilk dəfə finala yüksələn Ukrayna təmsilçisi ikinci hissədə dönüş edə bilməyib. Əvəzində, ispanlar daha 1 dəfə fərqləniblər - 2:3.

Beləliklə, "Sevilya" Avropa Liqasının 4 qat qalibi olmaqla rekorda imza atıb.

Xatırladaq ki, "Dnepr" "Qarabağ"la eyni qrupda yer almışdı (0:1, 2:1).

Xəbər lenti

Xəbər lenti